“Nəqliyyat əlaqələrini qurmağa hazırıq, ancaq, dəhliz verilməyəcək” – Paşinyan

24-08-2021, 15:18           
“Nəqliyyat əlaqələrini qurmağa hazırıq, ancaq, dəhliz verilməyəcək” – Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla regional əlaqələrin bərpasına hazır olduqlarını bildirib.

Paşinyan bütün bunlara baxmayaraq Naxçıvan Muxtar Respublikasına öz ərazisi ilə nəqliyyat dəhlizi verməyəcəklərini vurğulayıb: “Ermənistan hökuməti üçtərəfli əlaqələrin işi çərçivəsində 30 ildir davam edən Ermənistan blokadasını aşmaq üçün ciddi bir fürsət görür. Ancaq, dəfələrlə bildirib ki, 9 Noyabr 2020 və 11 yanvar bəyanatlarında Ermənistan üzərindən bir dəhlizdən söhbət getmir”.

Paşinyan həmçinin bildirib ki, Azərbaycan Naxçıvan ilə əlaqə qurmaq üçün Ermənistan ərazisindən keçməli olduğu kimi, Ermənistan da Azərbaycan ərazisindən keçərək Rusiya Federasiyasına və İrana yol almalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru