Vaxtanq Kakabidze Ukraynanın yüksək ordeninə layiq görülüb - FOTO

25-08-2021, 07:57           
Vaxtanq Kakabidze Ukraynanın yüksək ordeninə layiq görülüb - FOTO
Ukraynanın 30 illik müstəqillik bayramı münasibətilə Kiyevdə keçirilən təntənələrdə keçmiş SSRİ-də populyar olmuş artist Vaxtanq Kikabidze də yer alıb.

Vladimir Zelenski Kikabidzeni beşinci dərəcə Yaroslav Mudrı ordeni ilə təltif edib. Ukraynada bu mükafatı Ukrayna dövləti və Ukrayna xalqı qarşısında görkəmli xidmətlərə görə təqdim edirlər. Fakt üzrə Kikabidzeni anti-Rusiya mövqeyinə görə mükafatlandırıblar.


Kikabidze ordeni Zelenskinin əllərindən Kiyevin Müsəqillik meydanında alıb. Orada Zelenski təntənəli şəraitdə Ukrayna silahlı qüvvələri (USQ) orkestrinin sədaları altında dövlət mükafatlarını təqdim edib. Zelenski Kikabidzeninin qarşısında baş əyib və bununla Qafqaz ənənələrinə hörmətini nümayiş etdirib. Artist bunun cavabında Ukrayna Prezidentini qucaqlayıb. Belə bir ordenlə, ancaq birinci dərəcə ilə Moldova Prezidenti Mayya Sandu və onun litvalı həmkarı Gitanas Nauseda da təltif edilib.

Xatırladırıq ki, 2015-ci ildə Vaxtanq Kikabidze bəyan etmişdi ki, Ukraynadan siyasi sığınacaq almaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru