İki konqresmen Ağ Evi qəzəbləndirdi: Kabilə uçuş...
25-08-2021, 13:42
ABŞ Nümayəndələr Palatasının iki üzvü, demokrat Set Multon və respublikaçı Piter Meyer xəbərdarlıq etmədən Kabil hava limanını ziyarət ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, bir vaxtlar İraqda ABŞ ordusunun tərkibində xidmət edən konqresmenlər uçuş anına qədər planları haqqında heç kimə danışmayıb və çarter reysi ilə Əfqanıstana çatıblar:
"Konqres üzvləri olaraq, hakimiyyətdə yoxlama aparmaq bizim məsuliyyətimizdədir. Kürsüdən danışmaq üçün deyil, məlumat toplamaq üçün bura gəldik. Gəlişimizi insanların təhlükəsizliyi üçün gizli saxladıq”.
Agentliyin məlumatına görə, Dövlət Departamenti, Pentaqon və Ağ Ev bu səfərdən xəbər tutaraq qəzəblənib, çünki səfər Əfqanıstandan insanların təxliyəsi ilə məşğul olan diplomatlar və hərbçilərlə əlaqələndirilmədən həyata keçirilib.