Britaniya öz vətəndaşlarına Kabil aeroportundan uzaqlaşmağı tövsiyə edib

26-08-2021, 07:49           
Britaniya öz vətəndaşlarına Kabil aeroportundan uzaqlaşmağı tövsiyə edib
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Əfqanıstanda olan Birləşmiş Krallıq vətəndaşlarına Kabil hava limanına getməkdən çəkinmələri, artıq orada olan britaniyalılara isə başqa yerə getmələri ilə bağlı müraciət edib.

APA xəbər verir ki, bununla bağlı sənəd nazirliyin saytında yerləşdirilib.

“Əfqanıstanda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır. Əfqanıstan paytaxtının hava limanında terror hücumu riski yüksəkdir”, - məlumatda belə deyilir.

Nazirlik hazırda Əfqanıstandan heç bir kommersiya uçuşunun həyata keçirilmədiyini qeyd edib və ölkəni təhlükəsiz şəkildə tərk etmək imkanı olanları bunu dərhal həyata keçirməyə çağırıb.

Qeyd edək ki, bundan bir qədər əvvəl “Taliban” Əfqanıstan vətəndaşları üçün hava limanına girişi bağladığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru