Ermənistan yenidən SİLAHLANDIRILIR - 100 milyon dollar ayrıldı

26-08-2021, 11:38           
Ermənistan yenidən SİLAHLANDIRILIR -
Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan yenidən silahlandırılır.

Teref.az xəbər verir ki, bu yaxınlarda Moskvada keçirilən Armiya-2021" beynəlxalq hərbi-texniki əməkdaşlıq forumunda Ermənistan Rusiyanın müasir silahlarına maraq göstərib.

Müdafiə naziri Arşak Karapetyan AK-12 avtomatlarının, "Forpost" zərbə və kəşfiyyat dronlarının və s. alınmasına dair danışıqlar aparıb. Ermənistan ordusunda aparılan islahatlara dəstək çərçivəsində Moskvanın rəsmi Yerevana 100 milyon dollarlıq kredit ayırdığı da bildirilir.

Rusiya Ermənistanın sonuncu Qarabağ müharibəsindən sonra darmadağın olunmuş hərbi potensialını bərpa etməkdə maraqlıdır.

(Modern.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru