Paşinyan Gorus-Qafan yolunun bağlanmasını şərh etdi

26-08-2021, 15:20           
Paşinyan Gorus-Qafan yolunun bağlanmasını şərh etdi
Ermənistan Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Azərbaycan tərəfindən qapadılmasını şərh edib.
Axar.az xəbər verir ki, Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti günahlandırıb.
“Gorus-Qafan yolunun bir hissəsi sərhəd xəttinə çıxır və köhnə xəritələrə görə, Azərbaycanın ərazilərinə daxil olur. Bu situasiya 2010-cu ildə Ermənistan hökumətinin qəbul etdiyi “Administrativ ərazi bölgüsü haqqında” Qanunla möhkəmləndirilib. Ermənistan hökuməti o zaman bu gün mübahisəli hesab olunan əraziləri Azərbaycan ərazisi kimi tanımışdı. Bizə deyirlər ki, siz anklavları vermək istəyirsiniz. O zaman cavab verin görək, niyə “Şimal-Cənub” avtomagistralının layihələndirilməsi zamanı yol indi satmaqda ittiham olunduğumuz ərazilərdən keçmirdi? Nə Arazdəyəndən, nə Kərkidən, nə də Çanaxçıdan yol keçir. Mən seçkiqabağı kampaniya zamanı 1999-cu ilin sənədlərindən sitat gətirirdim. Orada hər şey var idi. Niyə layihələndirmə zamanı yol Bərgüşad boyunca və Şurnux kəndindən keçmədi. Bu, imkan verir ki, bu əraziləri indiki hökumətin mübahisəli etmədiyini deyək”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru