Çin: ABŞ onlara zərbə endirməlidir!

30-08-2021, 08:01           
Çin: ABŞ onlara zərbə endirməlidir!
Birləşmiş Ştatlar yeni Əfqanıstan hakimiyyətinə ölkədə fəaliyyət göstərən terror təşkilatları ilə mübarizədə kömək etməlidir.

Axar.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi deyib.

"Əfqanıstanın suverenliyinə və müstəqilliyinə hörmətlə yanaşan Amerika Əfqanıstanın terrorçuların özbaşınalığını və zorakılığını dayandırmasına kömək etmək üçün real addımlar atmalı və ikili standartlar, fərdi yanaşma tətbiq etmədən terrorçu qüvvələrə zərbə endirməlidir", - deyə o bildirib.

"ABŞ və NATO qoşunlarının Əfqanıstandan tələsik çıxarılması Əfqanıstanda gizlənən müxtəlif terror təşkilatlarına qisas almaq üçün əlverişli bir fürsət verdi", - XİN rəhbəri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru