Estoniya parlamenti ölkə prezidentini seçə bilmədi

31-08-2021, 07:09           
Estoniya parlamenti ölkə prezidentini seçə bilmədi
Estoniya parlamentinin növbədənkənar iclası zamanı ölkə prezidentinin seçilməsi ilə bağlı səsvermə uğursuz olub.

Qanunverici orqanın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifəyə yalnız bir namizəd var. Bu, Estoniya Milli Muzeyinin rəhbəri Alar Karisdir.

Prosedura əsasən, onun prezident vəsifəsinə təsdiq olunması üçün deputatlardan 2/3-nin, yəni 101 millət vəkilindən 68-nin səsi tələb olunur. Dünənki iclasda isə cəmi 79 nəfər iştirak edib ki, onlardan da yalnız 63-ü Karisin namizədliyini dəstəkləyib.

Səsvermə üzrə ikinci cəhdin bu gün baş tutacağı bildirilib.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru