Lavrovdan sərhəd açıqlaması...

31-08-2021, 20:57           
Lavrovdan sərhəd açıqlaması...
“Ermənistan-Azərbaycan sərhədində vəziyyət ətrafında fikir mübadiləsi apardıq. Hesab edirik ki, bütün məsələləri istisnasız olaraq siyasi-diplomatik metodlarla nizamlamaq lazımdır”.

Teref.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Uzunmüddətli nizamlama isə ancaq sərhədlərin delimitasiyasi və demarkasiyası prosesinin aparılması ilə mümkündür. Rusiya Prezidentinin bununla bağlı təşəbbüsü yaxşı məlumdur. Biz bu gün bu təşəbbüsün necə tez həyata keçirilməsinin mümkünlüyü barədə danışdıq. Bu prosesə hərtərəfli kömək etməyə hazır olduğumuz təsdiqlədik”, deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupun fəaliyyətindən razı olduqlarını da söyləyib: “Ümid edirik ki, bu mexanizmin fəaliyyəti və bütün kommunikasiyaların açılması təkcə Cənubi Qafqaz regionunun iqtisadi inkişafına deyil, regionda siyasi nizamlanmanın etibarlı əsaslarla təmin olunmasına və regionun çiçəklənməsinə kömək edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru