ATƏT Cənubi Qafqaz ölkələrini əməkdaşlığa çağırdı

1-09-2021, 00:07           
ATƏT Cənubi Qafqaz ölkələrini əməkdaşlığa çağırdı
“Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün vacibdir”.

Demokrat.az xəbər verir ki, bunu ATƏT-in sədri Ann Linde İllik Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Linde ATƏT-in bölgədəki səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.

Üç ölkə arasında təmasların əhəmiyyətini vurğulayan Linde qeyd edib ki, əməkdaşlıq sahələri infrastruktur, rabitə və ətraf mühit məsələlərini əhatə edə bilər.

“Xüsusi nümayəndəm bu üç ölkə ilə qarşılıqlı əlaqədədir və hər üç tərəfin konstruktiv yanaşmasını qiymətləndiririk”, - deyə ATƏT sədri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru