Lavrovdan MESAJ: “Terrorçular üçtərəfli razılaşmaya aid deyil” - NƏ ETMƏLİ?

1-09-2021, 17:12           
Lavrovdan MESAJ:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında Qarabağ məsələsinin həllinə dair üçtərəfli razılaşmanın icrasından danışıb. O, bildirib ki, 2020-ci il noyabrın 9-da üç ölkə lideri tərəfindən imzalanan bəyanatda söhbət həmin vaxtda əsirlikdə olan şəxslərin azad olunmasından gedirdi.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda olan erməni hərbçilər 9 noyabr bəyanatından sonra, noyabr ayının sonlarında saxlanılıblar.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Lavrovun fikirlərini “Sherg.az”a şərh edib:

“Terrorçuların noyabrın sonunda ələ keçirilməsi və məhkəmədə mühakimə edilməsi Ermənistanın Azərbaycana yönəlik “ittihamlarını” gücləndirmişdi. Rusiyanın mövqeyi də məhz bu baxımdan əhəmiyyətlidir. Lavrov sözügedən açıqlaması ilə dedi ki, terrorçuların məsələsi üçtərəfli razılaşmaya aid deyil. Deməli, İrəvan bundan təzyiq vasitəsi kimi istifadə etməməlidir. Nazirin verdiyi mesajlardan biri də bütün tərəflərin sərhədlərin müəyyənləşməsində, kommunikasiya xətlərinin açılmasında maraqlı olmasıdır. Yəni erməni terrorçular artıq gündəm mövzusu deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru