Vəkil ölkə rəhbərliyinə müraciət etdi: " son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır. "
2-09-2021, 10:15
Azərbaycan Redpublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycan Redpublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə Açıq müraciət Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır. Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hüquq edirlər. Belə ki, bu gün general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edirəm. Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut vardır. Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz. Elchin Sadigov