Bu kaftar artıq özümüzə hücum edir – Nazaryan

2-09-2021, 11:43           
Bu kaftar artıq özümüzə hücum edir – Nazaryan
Ermənistanda rejim insan qanı dadını bilən və yeni qurbanlar axtaran kaftara bənzəyir. Artıq bu kaftar bizim özümüzə hücüm çəkir.

Axar.az xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasından olan erməni deputat Geqam Nazaryan bölüşüb.

“Parlamentdə dava, sərhəddə baş verən təxribatlar – Ermənistanda rejim öz simasını itirib. Təəccüblənmək lazım deyil. Bu rejimin qeyri-insani addımları nəticəsində günahsız insanlar həbsxanalarda ölürlər. Sizə nə olub ki, bu qədər günaha batmağa razı olursunuz? Niyə indiki və gələcək nəsillər tərəfindən lənətlənmək istəyirsiniz? Bütün bunlardan sonra siz nə üçün konstruktivlik, tolerantlıq haqqında danışırsınız? Sizin sərsəmliyinizə görə ölkə belə ağır vəziyyətdədir, lakin siz dayanmırsınız, eyni üsullarla fəaliyyətinizi davam etdirirsiniz", - deyə erməni deputatı qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.