İranda silahlı qarşıdurma: SEPAH itki verdi

2-09-2021, 22:27           
İranda silahlı qarşıdurma: SEPAH itki verdi
İranın İraqla sərhədində yerləşən Bane şəhərində hərbi qüvvələri (SEPAH) ilə silahlı qruplaşma arasında qarşıdurma baş verib.

KONKRET.az-ın xəbər verir ki, silahı qarşıdurmada İran ordusunun leytenantı həyatını itirib.

Qarşıdurmanın dünən gecə saatlarında baş verdiyi bildirilib.

Qarşıdurma zamanı ağır yaralanan leytenantın daha sonra öldüyü deyilib.

Sözügedən silahlı qruplaşma haqqında heç bir məlumat verilməsə də, əvvəllər ölkənin qərb bölgəsində PKK terror təşkilatının İran qanadı PJAK, İran Kürdüstan Demokratik Partiyası və “Komele” kimi kürd separatçı qrupları arasında toqquşmalar baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru