ABŞ Ukraynaya əlavə 45 milyon dollar yardım ayırır

3-09-2021, 07:42           
ABŞ Ukraynaya əlavə 45 milyon dollar yardım ayırır
Vaşinqton Ukraynaya humanitar yardım məqsədilə əlavə olaraq 45 milyon dollar ayırıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət departamentinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, yardım ölkədə münaqişələrdən əziyyət çəkən 3,4 milyon ukraynalıya dəstək məqsədilə istiqamətləndiriləcək. Ayrılan vəsait insanların ərzaq, zəruri dərman, su və həyat üçün vacib olan digər şeylərlə təmin olunmasına sərf olunacaq.

"Maliyyələşdirməmiz həm də tərəfdaşlarımızın münaqişə səbəbindən ayrı düşən ailə üzvləri arasında əlaqənin qurulmasına kömək edəcək, bəzi hallarda isə mövzu onların yenidən birləşməsindən gedir", - açıqlamada bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru