Bu ölkələr Şengen zonasına daxil ola bilər

3-09-2021, 09:19           
Bu ölkələr Şengen zonasına daxil ola bilər
Çexiya Baş naziri Andrey Babiş Şengen ölkələri sırasına Bolqarıstan, Rumıniya, Xorvatiya və Serbiyanın da əlavə olunması barədə çağırış edib.

Publika.az xəbər verir ki, A.Babişin sözlərinə görə, bu baş versə Balkan yarımadası ölkələrinin yardımı Avropa İttifaqının qanunsuz miqrasiya ilə mübarizə üçün aydın strategiyası olacaq. O qeyd edib ki, Avropa qeyri-qanuni miqrasiyadan qorunmalıdır. “2015-ci ildə Şengen bölgəsi effektivliyini nümayiş etdirməyib. Macarıstan o vaxt təsirli olduğunu sübut edən yeganə ölkə idi", - deyə baş nazir bildirib.

Siyasətçi bu problemləri Sloveniyanın Bled şəhərində başlayan "Strateji Forum" adlı beynəlxalq siyasi elm konfransında qaldırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru