Avropa üçün “Qazprom” TƏHLÜKƏSİ: “Qaz nəhəngi” "köhnə dünya"nı soyuqdan “donduracaq”

3-09-2021, 19:01           
Avropa üçün “Qazprom” TƏHLÜKƏSİ: “Qaz nəhəngi” "köhnə dünya"nı soyuqdan “donduracaq”
Rusiyanın “Qazprom” şirkətinin yeni planları Avropa üçün təhlükə kimi qiymətləndirilib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, “Bloomberg”in ekspertləri “Qazprom”un yeraltı qaz anbarlarını doldurmaq planlarının “köhnə dünya”nın istehlakçıları və bazar üçün təhdid adlandırıblar.

Ekspertlərin hesablamasına əsasən, binaların qızdırılması mövsümünü uğurla başa vurmaq üçün “Qazprom”un öz anbarlarına şirkətin əsas bazarı olan Qərbi Avropaya nəql edilən təbii qazın 80 faizi həcmində ehtiyat toplanmalıdır.

Qeyd olunur ki, yeraltı anbarları qazla doldurmaq üçün “Qazprom”un təqribən 2 ay vaxtı var və şirkət bu il rekord həcmdə ehtiyat hasil etməyi planlaşdırır. İqtisadçıların qənaətinə görə, “Qazprom” yaxın müddətdə öz siyasətindəki prioritetlərə yenidən baxacaq və praktik şəkildə Avropaya qaz ixracından imtina edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru