Avropa İttifaqı öz ordusunu yaradır

4-09-2021, 09:01           
Avropa İttifaqı öz ordusunu yaradır
Avropa İttifaqı (Aİ) dövlətlərinin müdafiə nazirləri Sloveniyanın Kran şəhərində bir araya gəlib.

Gündəmdəki məsələ İttifaqın öz hərbi qüvvəsini yaratması olub. İclasda iştirak edənlər Əfqanıstanda baş verən son hadisələrin bu ehtiyacı gündəmə gətirdiyini qeyd ediblər.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell bildirib ki, Avropa hərbi qüvvəsinə ehtiyac indiyə kimi bu qədər özünü büruzə verməmişdi:
знать больше

“ABŞ daxil olmaq istəmədikdə Aİ maraqlarımızı qoruya bilmək üçün müdaxilə edə bilməlidir. Bunu açıq deyirəm. Aİ-yə üzv dövlətlər olaraq, lazımi şəkildə hərəkət edə bilmək üçün potensialımızı artırmalıyıq. Bunun alternativi yoxdur”.

Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə qeyd edib ki, İttifaq Əfqanıstanda olanlardan dərs almalı və özünə aid hərbi qüvvə yaratmalıdır.

İttifaqın özünün ordusunu yaratması və 2022-ci ildə təsdiq üçün təqdim etməsi planlaşdırılır.

Qeyd edək ki, mövzu Aİ-də may ayında da gündəmə gəlmişdi.

Mənbə: “Haber Global”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.