Viktor Bojkov: "Aİ Azərbaycanda qrant layihələrinə investisiya məsələsini də əlavə edəcək"

4-09-2021, 12:18           
Viktor Bojkov: "Aİ Azərbaycanda qrant layihələrinə investisiya məsələsini də əlavə edəcək"
Avropa İttifaqı Azərbaycan məhsullarının ixracında maraqlıdır.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov Şəkidə "Qida Festivalı" ilə bağlı keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla aqrar sahəsi üzrə 6 qrant layihəsi imzalayıb: "İmzalanmış qrant proqramlarının ən yüksək həddi 1,4 milyon ABŞ dolları olub, ən aşağı həddi 400 milyondur".

V. Bojkov Azərbaycanla aqrar turizmə dəstəklə bağlı layihələrin davamlı olmasına münasibət bildirib: "Bu, Azərbaycan tərəfindən aslıdır. Əgər kənd təsərrüfatının inkişafı davam etsə, ümid edirik ki, biz də davam edəcəyik. Avropa İttifaqı layihələri yeddi illik çərçivə proqramı əsasında həyata keçirir. Biz hazırda birini bitirib, digərini başlayırıq.

Növbəti mərhələ investisiya ilə bağlı olacaq. Qrant layihələr qalacaq, onlara investisiya məsələsi də əlavə ediləcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru