Ruslara hücumların təkrarlanmasından qorxuruq - Primakov

4-09-2021, 14:30           
Ruslara hücumların təkrarlanmasından qorxuruq - Primakov
Moskva keçmiş SSRİ respublikalarında rusdilli əhaliyə hücumların təkrarlanmasından qorxur, amma Rusiya buna kifayət qədər dəqiq reaksiya verir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın MDB İşləri üzrə Federal Agentliyinin rəhbəri Yevgeni Primakov deyib.

“Bəli, belə epizodlar vardı. Əlbəttə, mən çoxları kimi qorxuram ki, belə epizodlar təkrarlansın. Rusiya qırmızı xəttini müəyyən edərək, onlara kifayət qədər dəqiq reaksiya verir.

Mən deməzdim ki, hazırda rus dilli əhali ilə bağlı situasiya kəskin pisləşib. Biz 1990-cı illərdə nə baş verdiyini xatırlayırıq. O zaman rus dilli əhali öz evi və əmlakını ataraq təkcə Orta Asiya respublikalarından qaçmırdı” – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru