BMT Baş katibi ekoloji durumla bağlı xəbərdarlıq edib

6-09-2021, 07:52           
BMT Baş katibi ekoloji durumla bağlı xəbərdarlıq edib
“Bizə indi bütün ölkələrin etibarlı öhdəlikləri və həvəsləri lazımdır”

“Bəşəriyyət təbiətlə mənasız və özünü məhv edəcək müharibə aparır”. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu BMT Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb.

BMT Baş katibi bildirib ki, ölkələr üzərlərinə öhdəlik götürməli və təbiəti məhv etməyi dayandırmalıdırlar: “Biz problemləri bilirik və onların həlli üçün vasitələrə malikik. Bizə indi bütün ölkələrin etibarlı öhdəlikləri və həvəsləri lazımdır”.

Qeyd edək ki, iqlimin sürətlə dəyişməsi dünyanı qlobal iqtisadi, humanitar və ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyur. Alimlərin hesablamalarına əsasən, temperaturun 1,5 dərəcədən çox artması ətraf mühitə əvəzolunmaz zərbə vura bilər. İqlimin dəyişməsinin əsas səbəblərindən biri isə atmosferə atılan karbon qazıdır.

Keçən ilin aprelində də A. Quterreş planeti xilas etmək üçün əsas vəzifələri açıqlamışdı. BMT Baş katibi bildirmişdi ki, bunun üçün 2030-cu ilədək istixana effekti yaradan qazların atmosferə atılmasını 45 faiz azaltmaq, 2050-ci ildə karbon neytrallığına nail olmaq lazımdır. 2100-cü ilədək isə dünyada temperatur yüksəlişini 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq gərəkdir.

Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru