ABŞ Husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib

6-09-2021, 07:41           
ABŞ Husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib
ABŞ Husilərin Səudiyyə Ərəbistanına raket hücumunü pisləyir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "ABŞ sentyabrın 4-də husilərin Səudiyyə Ərəbistanının şərqi əyalətinə endirdiyi son raket zərbəsini pisləyir. Bu, qəbuledilməzdir. Bu hücumlar 70 mindən çox ABŞ vətəndaşı da daxil olmaqla krallığın sakinlərinin həyatını təhdid edir".

Xatırladaq ki, ötən gün husilər Səudiyyə Ərəbistanı ərazisinə raket zərbələri endiriblər. Hava hücumundan müdafiə sistemləri raketləri havada məhv edib, lakin raketlərdən birinin qalıqları Dammam şəhərində 14 yaşayış evinə zərər vurub və 2 uşaq xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru