Lavrovdan 4 ölkəyə böyük təhdid: “Açıq savaş elan edilib”

7-09-2021, 07:02           
Lavrovdan 4 ölkəyə böyük təhdid:
“Ukraynada rus dilinə qarşı ayrı-seçkilik fəlakət həddinə çatıb”.

“Ria novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, rus dilinə qarşı ayrı-seçkiliyin əsas nümunələri Baltikyanı ölkələr və Ukraynadır:

“Bu ölkələrdə (Latviya, Litva və Estoniya) rus dilinə, rusdilli təhsilə qarşı açıq müharibə elan edilib və çoxsaylı beynəlxalq konvensiyaları pozurlar”.

Lavrov qeyd edib ki, belə hallara qarşı mübarizə aparmaq üçün gücdən istifadə etmək mümükün deyil, amma Moskva həmin ölkələri hesabat verməyə çağırır.

“Düşünürəm ki, Ukraynada rus dilinə qarşı ayrı-seçkilik fəlakət həddinə çatıb. Bu, Ukrayna dili haqqında müvafiq qanunda da öz əksini tapıb”, – deyə nazir bəyan edib. (bizim.media.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru