ABŞ Ukraynanı əmin etdi: Rusiya ilə müharibədə...

7-09-2021, 08:58           
ABŞ Ukraynanı əmin etdi: Rusiya ilə müharibədə...
Görüş zamanı ABŞ Prezidenti Co Bayden Ukraynanın Rusiya ilə təkbaşına qalmayacağını həmkarı Vladimir Zelenskinin diqqətinə çatdırdı.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Əsas qarant bunda idi: Bayden olduqca konkret şəkildə ifadə etdi ki, ABŞ Ukraynanı Rusiya ilə təkbaşına qoymayacaq. Hər zaman dəstək alacaq və bu dəstək Rusiya ilə eskalasiya vəziyyətində daha da artacaq. Bu sözlər Konqresdə də deyildi”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Zelenskinin Vaşinqtona işgüzar səfəri baş tutmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru