Avropada təbii qazın qiymət rekordu yeniləndi

9-09-2021, 07:45           
Avropada təbii qazın qiymət rekordu yeniləndi
Avropa bazarlarında mavi yanacağın qiymətindəki artım durmadan davam edir.

Niderland TTF birjasındakı bugünkü ticarət sessiyasında oktyabrda tədarük olunacaq mavi yanacağın 1 000 kubmetrinin dəyəri 670 dolları ötüb.

Tarixi rekord 672 dollar səviyyəsində qeydə alınıb.

Proqnozlara görə, Avropada qaz ehtiyatlarının azalması, həmçinin “Şimal axını 2” layihəsilə bağlı yayılan xəbərlər fonunda köhnə qitədə mavi yanacağın qiymətləri yaxın aylarda yüksək olaraq qalacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru