Taliban əcnəbilərə Əfqanıstanı tərk etməyə imkan verəcək

10-09-2021, 07:35           
Taliban əcnəbilərə Əfqanıstanı tərk etməyə imkan verəcək
Taliban hərəkatı 200 amerikalıya, həmçinin digər dövlətlərin vətəndaşlarına Əfqanıstanı tərk etməyə imkan verəcək. Onlar çarter reysləri ilə yollana bilərlər.

Məlumata görə, təyyarələrin uçuşu sentyabrın 9-da başlaya bilər. ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad bu barədə taliblərlə razılığa gəlib.

Xatırladaq ki, avqustun 16-da “Taliban” döyüşçüləri Əfqanıstan müqavimətinin əsas qüvvələrinin yerləşdiyi Pəncşir vilayəti istisna olmaqla bütün ölkəni ələ keçirib. Terrorçuların əyaləti tutan müxalifətlə nəticəsiz danışıqlarından sonra taliblər üsyançı əyalətə qarşı hücuma keçib.

Pəncşir tutulduqdan sonra “Taliban” Əfqanıstanda müharibənin bitdiyini elan edib. Hərəkat daha sonra müvəqqəti hökumətin tərkibinin qurulduğunu elan edib.

Mənbə: “Reuters”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru