Azərbaycan və Türkiyə iqtisadi sahədə bir-birini tamamlayan iki ölkədir - Nazir
10-09-2021, 11:10
Azərbaycan və Türkiyənin iqtisadiyyatına nəzər salsaq, görərik ki, rəqib deyil, bir-birini tamamlayan iki ölkədir.
Trend xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.
O bildirib ki, ölkələrimiz arasında ticarət əlaqələri çox yaxş səviyyədədir, bunu daha da inkişaf etdirməyi düşünürük:
"Azərbaycanın bütün sahələrində türk şirkətləri yer almaq istəyir. Bizim də nazir olaraq vəzifəmiz bu istiqamətdə əmkdaşlıqları təmin etməkdir. Bunu etsək, həm türk, həm də Azərbaycan şirkətləri böyük uğurlara imza atacaq".