Aİ Azərbaycanı bu siyahıdan çıxardı

10-09-2021, 11:22           
Aİ Azərbaycanı bu siyahıdan çıxardı
Avorpa İttifaqı koronavirusla bağlı epidemik vəziyyət pisləşdiyindən birliyin xarici sərhədlərinin açılmasının tövsiyə olunduğu ölkələrin siyahısına yenidən baxmaq qərarına gəlib.

Hurriyyet.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaycan da daxil olmaqla 6 ölkə siyahıdan çıxarılıb, Uruqvay isə əlavə edilib. Siyahıdan çıxarılan ölkələr Azərbaycan, Albaniya, Serbiya, Ermənistan, Bruney və yaponiyadır.

Aİ-nin səyahət məhdudiyyətlərinin qaldırılması tövsiyə olunan dövlətlər siyahısına hazırda 13 ölkə daxildir: Avstraliya, Bosniya və Herseqovina, Kanada, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Ukrayna, Uruqvay, Çin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru