Qarabağa göndərilən rus general barədə XOŞAGƏLMƏZ MƏLUMATLAR

10-09-2021, 20:21           
Qarabağa göndərilən rus general barədə XOŞAGƏLMƏZ MƏLUMATLAR
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olundu.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu posta Mixail Kosobkov təyinat aldı.

Sentybarın 9-da general-mayor Mixail Kosobkov Yerevana gələrək Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb. O, 10 aydır ki, sülhməramlılara rəhbərlik edən general-leytenant Rüstəm Muradovu əvəz etdi.

Mixail Kosobkov barədə əldə olunan məlumatlar onun MDB məkanında ərazi münaqişləri olan əksər ərazilərdə xidmət etdiyini göstərir.

Belə ki, 2015-2017-ci illərdə o, Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Rusiyanın 7-ci hərbi bazasının komandiri olub. Bundan başqa, o, Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında Rusiya Hərbi Dəniz Qüvvələrinin komandir müavini kimi çalışıb. Son vaxtlara qədər isə Mixail Kosobkov Rusiyanın Şimali Qafqaz və Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsini əhatə edən 58-ci Ümumqoşun Ordusunun komandir müavini olub.

Xidmət etdiyi münaqişəli bölgələrdə separatçı rejim rəhbərləri ilə isti münasibətlər qurması general-mayorun Dağlıq Qarabağa təyinatında müəyyən narahatlıqlar doğurur. Bundan başqa, Mixail Kosobkovun ilk növbədə Yerevana səfər etməsi, hələ də Azərbaycan müdafiə naziri ilə görüşməməsi sual doğuran məqamlardandır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.