Azərbaycandakı rus sülhməramlıları Ermənistana hesabat verir?

25-09-2021, 17:39           
Azərbaycandakı rus sülhməramlıları Ermənistana hesabat verir?
Ermənistan Müdafiə Nazirliyində Rusiya Müdafiə Nazirliyindən olan nümayəndə heyəti ilə görüş keçirilib.

Bizim.Media "Telegram" kanallarına istinadən xəbər verir ki, görüşdə Qarabağdakı sülhməramlı kontingentin yeni komandanı olan general-leytenant Gennadi Anaşkin ermənilərə təqdim olunub.


Görüşdə Qarabağdakı vəziyyət müzakirə olunub və gələcək fəaliyyət istiqamətləri haqqında diskussiya aparılıb.

Məlumat üçün deyək ki, Qarabağdakı sülhməramlı kontingentin ilk komandanı Rüstəm Muradov Azərbaycanın müdafiə naziri ilə bir necə dəfə görüşüb. Muradovu əvəzləyən Kosobokovun Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdüyü barədə xəbərlər yayılsa da, bu, rəsmən təsdiqlənməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru