İrəvanın istəyi ürəyində qaldı: - “Kreml öz şərtlərini Paşinyana diqtə etdi”

13-10-2021, 17:46           
İrəvanın istəyi ürəyində qaldı: -
"Ermənistan Baş naziri Nikol Paşinyanın Vladimir Putinlə görüşündə "Dağlıq Qarabağ münaqişəsi" bitməyib deməsi, bunun müqabilində aldığı cavab artıq İrəvanın "status"la bağlı və bitmiş münaqişəni masaya gətirmək cəhdləri uğurlu olmayacaq".

Cebhe.info xəbər verir ki, bunu MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, əgər Rusiya da Ermənistanın bu mövqeyini dəstəkləsəydi, o zaman Azərbaycan və Rusiya arasında ciddi şəkildə diplomatik problem yarana bilərdi:

"Rusiya tərəfi buna getmədi. Gələcək sülhdən və əməkdaşlığı Paşinyana xatırlamaqla buna son qoydu. Paşinyan bununla daxili siyasətdə Rusiyanın etimadını zəiflədəcək və dediyi sözlər birbaşa Kremli Ermənistan üçün etibarsız müttəfiq kimi xarakterizə edəcək. Ümumiyyətlə, Rusiya Ermənistanın mövqeyi ilə Qarabağ danışıqlarını qaldıra bilməz və burada İrəvanın deyil, Bakının mövqeyi əsasdır. Ona görə də Moskvaya əlavə problem onun Qarabağda sülhməramlı missiyasına zərbə vura bilər.Demək olar ki, Paşinyan Rusiya səfərində Qarabağla bağlı istədiyini Kremldən ala bilmədi. Müəyyən qaz güzəşti və hərbi yardımlarla Kreml öz şərtlərini Paşinyana diqtə etdi.Qeyd edim ki, bu görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi də danışıqlar predmeti olub. Rusiya FTX bu dəhlizə nəzarət edəcək. Rusiya tərəfi Türkiyə ilə danışıqlarında bu dəhlizin açılmasın razılıq verib. Növbəti görüş Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Paşinyan arasında olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.