Saleh Rüstəmli azadlığa çıxır? – Zahid Orucdan vacib açıqlama

29-11-2021, 15:41           
Saleh Rüstəmli azadlığa çıxır? –
Həbsxanada aclıq aksiyası keçirən Gədəbəy rayonun sabiq icra başçısı Saleh Rüstəmovun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək.
Bunu Milli Məclisin İnsan Haqları Komitəsinin sədri kimi Zahid Oruc deyib.
Komitə bununla bağlı açıqlama yayıb.
Bildirilir ki, Zəfər aministsiyası S.Rüstəmova tətbiq edilə bilər: “Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar. Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər. Xüsusilə də nəzərə alsaq ki, hazırda biz Zəfər amnistiyası dövrünü yaşayırıq. Burada hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir”.
Məlumata görə, Komitə sədri məsələni müvafiq dövlət hakimiyyət orqanları ilə müzakirə edəcək.
arqument.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru