Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi

29-11-2021, 16:49           
Valyuta bahalaşdı, Azərbaycandan dəvət edilən heyətin xərclərini ödəmək qərarı ləğv edildi
Şimali Kipr Türk Cümhuriyyətinin hökuməti Azərbayandan tanıtım üçün heyət dəvət edilməsi və 69 min funt sterlinq məbləğində xərclərinin ödənilməsi barədə cəmi bir neçə gün əvvəl verdiyi qərarı ləğv edib. Teref.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb xarici valyutanın, o cümlədən dolların və funt sterlinqin məzənnəsinin kəskin artmasıdır.

Şimali Kiprin milli valyutası Türkiyə lirəsidir, lakin tanınmamış respublikada bir çox sektorlarda pul vahidi olaraq avro və ya funt-sterlinq istifadə edilir. Son günlər Türkiyə lirəsinin məzənnəsi dollar və avroya nisbətən xeyli aşağı düşüb, hazırda 1 avro 14.26 TL-yə satılır.



Azərbaycandan Şimali Kiprə heyətin dəvət edilməsi və heyət üzvlərinin səfər xərclərinin ödənilməsi üçün 69 min funt sterlinq ayrılması barədə qərarı yerli hökumət noyabrın 23-də verib. Lakin noyabrın 28-də həmin qərar ləğv edilib, bildirilir ki, valyuta kurslarında ifrat yüksəliş nəzərə alınaraq Azərbaycandan ölkəyə dəvət edilən heyətə aid xərclərin ödənilməsinə dair Nazirlər Kabinetinin noyabrın 23-də verdiyi qərar ləğv olunur.

Həmin heyətin kimlərdən ibarət olacağı və hansı təqdimatda iştirak edəcəyi göstərilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.