“Demarkasiya və delimitasiya prosesi çox uzun çəkəcək, hətta onilliklər çəkə bilər”

3-12-2021, 15:18           
“Demarkasiya və delimitasiya prosesi çox uzun çəkəcək, hətta onilliklər çəkə bilər”
“Rəqib ölkənin birinci vəzifəsi strateji problemləri həll etmək üçün ən əlverişli yüksəklikləri tutmaq, ikincisi isə qeydə alınan nəticələri əlverişli anda ticarət obyektinə çevirməkdir”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzini rəhbəri, erməni hərbi ekspert Vitali Manqasaryan deyib.

Onun sözlərinə görə, demarkasiya və delimitasiya prosesi çox uzun çəkəcək, hətta onilliklər çəkə bilər.

“Bizim hərbi-siyasi rəhbərliyimiz başa düşməlidir ki, bu illər ərzində hərbi xarakterli fəaliyyətlər azalmayacaq”, - deyə Manqasaryan qeyd edib.

Erməni hərbi ekspert Soçidə baş tutan son görüşlərə toxunaraq qeyd edib ki, Soçidə imzalanan sənəddəki yenilik delimitasiya prosesinə başlamaq üçün tərəflər arasında ilkin razılığın olması idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru