“Viktoriya və Albert” dən böyük təhrif: - Nizamini fars, Şirini erməni çıxardılar

3-12-2021, 19:14           
“Viktoriya və Albert” dən böyük təhrif: -
Londonda yerləşən “Viktoriya və Albert” muzeyi dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı böyük təhrifə yol verib.

Muzeyin rəsmi instagram səhifəsində Nizami yaradıcılığı ilə bağlı paylaşım edilib.

Nizami Gəncəvinin möhtəşəm əsəri sayılan həmçinin “Beşlik” kimi də adlandırılan “Xəmsə” nin ikinci poeması olan “Xosrov və Şirin” dən bir səhnənin yer aldığı kirəmit plitə İran dastanından parça kimi təqdim olunub:

“Romantika səhnələri. Bu plitə XII əsr İran şairi Nizami Gəncəvinin yazdığı “Xəmsə” və ya Nizaminin beş nağılı kimi tanınan İran dastanından məşhur səhnəni təsvir edir”.

Paylaşımda daha bir səhv Şirinin erməni şahzadəsi kimi təqdim olunmasıdır.

Belə ki, əsərin Sasani hökmdarı Xosrov və erməni şahzadəsi Şirinin görüşlərindən bəhs etdiyi kimi qələmə verilib.

Qeyd edək ki, “Viktoriya və Albert” muzeyi dünyada tətbiqi sənət əsərlərinin qorunduğu ən zəngin muzeylərindən biridir. Burada Azərbaycan sənətkarlarının bir çox əsərləri, eləcə də, məşhur “Şeyx Səfi” xalçası nümayiş etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.