Suren Sarkisyan: Dağlıq Qarabağ artıq Ermənistan üçün prioritet deyil

5-12-2021, 00:01           
Suren Sarkisyan:
Beynəlmiləlçi Suren Sarkisyan öz Facebook səhifəsində yazıb:

“Bəzi Ermənistan səfirləri akkreditasiya ölkələrində çox təhlükəli tezisi təbliğ edirlər. Xüsusən də ev sahibi ölkələrin hakimiyyət orqanları ilə görüşərkən “sülh erası”nın açılması üçün, kömək istəyirlər. Yəni deyirlər ki, Dağlıq Qarabağ problemi artıq həll olunub və Artsax artıq Ermənistan üçün prioritet deyil (gördüyünüz kimi, bu, Bakının tezisidir).

Ev sahibi ölkələrdə bu, Artsaxdan tamamilə imtina mövqeyi kimi qəbul edilir, buna cavab olaraq adətən belə səslənir: “Yaxşı, Artsaxa artıq ehtiyacınız yoxdursa, diqqətimizi başqa məsələlərə yönəldək”.

“Yəni, ən azı xarici dünya üçün hakimiyyət Artsaxın qalan hissəsinin saxlanmasına da ehtiyac olmadığını açıq şəkildə bildirir”.İctimairey.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru