Putinlə Bayden bu tarixdə video formatda görüşəcəklər – “Reuters”

5-12-2021, 00:07           
Putinlə Bayden bu tarixdə video formatda görüşəcəklər – “Reuters”
ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin dekabrın 7-də video formatda danışıq aparacaqlar.

Bu barədə “Reuters” Ağ Evin sözçüsünə istinadən məlumat yayıb. Qeyd olunur ki, Bayden Putinlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək. Xüsusilə, Amerika lideri Rusiya Federasiyasının Ukrayna ilə sərhədlər yaxınlığında hərbi fəaliyyətindən, həmçinin Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsindən narahatlığını bəyan etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru