Hərbi ekspert: "Hadisənin əsl səbəbləri mütləq yaxın vaxtlarda üzə çıxacaq."
6-12-2021, 00:00

Əziz dostlar! Hörmətli həmkarlar!
Mən məcburiyyət qarşısında qalıb məlum helikopter qəzası ətrafında yayılan söz-söhbətlər ilə əlaqədar bu qeydləri yazmağı lazım bildim. Baxıram və görürəm ki, cəmiyyətimizdə nə qədər insan hərə öz prizması ilə baş verən faciəni bəzi hallarda doğru olmayan istiqamətdə yozmağa çalışır. İndi yazacağım qeydlərlə bağlı istənilən şəxs öz fikir və mülahizələrini sərbəst yaza və qeydlərini, irad və tənqidlərini bildirə bilər.
Əvvala, mən publik olaraq öz fikir və mülahizələrimi müxtəlif televiziya və mətbuat üzərindən açıqlamışam və dediklərim üzərində də qalıram. İnşallah, üzümüzə gələn həftədə də bəzi dəvətlər var və mütləq cavabsız qalan suallara öz düşündüyüm və bildiyim şəkildə fikirlərimi açıqlayacağam. Məni əsla narahat etmir ki, kimlərsə yeri gəldi ya gəlmədi məni və bəzi digər dostları xaincəsinə hədəfə çıxarmağa çalışır və bəzi yaramaz, əxlaqsız qadın və kişifasonlar (onların adlarını da bu gün siz görəcəksiniz) məni tənqid deyil, təhqiramız şəkildə müxtəlif platformalarda hallandırmağa uğursuz cəhdlər edirlər. Demişəm, deyirəm və deyəcəyəm. Zərrə qədər o Dubayda, Türkiyədə işləri alınmayıb indi Bakıya qayıdıb özlərinə yeni müştərilər axtaran qadınların öz analarının, qızlarının və özlərinin layiq olduqları təhqirləri, aşağılamaqları narahat etmir və etməyəcək. O müxtəlif adlar altında məni təhqir etməyə cəhd edən gəda-güdaların da sayıqlamaları zərrə qədər narahatçılıq yaratmır. O ünsürlərin də adlarını siz bu qeydlərimdə görəcəksiniz.
Mən bir daha əmin oldum ki, helikopter qəzasından hətta siyasi məqsədlər naminə yararlanmağa çalışan qaragüruh ictimai rəyi çaşdırmaq üçün dezinformasiya yaymağda davam edir. Qəza ilə bağlı fikirlərini bildirən şəxslərdən biri də mən olmuşam və bir daha təkrar edirəm ki, sizlərdən bəzilərinin qeyri-peşəkar olaraq adi elementar şeyləri bilməməyiniz kənardan çox gülünc və biabırçı görünür.
Hörmətli Xural TV-nin aparıcısı dostumuz Əvəz Zeynallı dəyərli həmkarımız Sevinc Telmanqızının verlişində israrla deyir ki, niyə vertolyotda paraşüt (?!) olmayıb. Ay qardaşım, ay yoldaşım, sən bir araşdır və bax ki, ümumiyyətlə vertolyotlarda uçuş zamanı hansı hallarda paraşüt olur və ya olmur? Həmkarım Sevinc xanım adımı çəkir deyir ki, Üzeyir Cəfərov bunu deyir, Əvəz bəy dirəşib ki, "Üzeyir Cəfərov vertolyotçudur?!" Mən qısaca deyim ki, bəli Əvəz bəy sizdən və bəzi diletant qaragürhçulardan fərqli olaraq mən bütün hərb sahəsi üzrə ALİ HƏRBİ SİYASİ təhsil alan mütəxəssisəm, peşəkar hərbi jurnalistəm. Və bu günə kimi nə danışdığımı, və ya nə yazdığımı dəfələrlə götür qoy edib fikirlərimi ictimailəşdirən şəxs olmuşam və bu prinsip mənim üçün ən vacibdir.
Bir vaxtlar hamımızın yaxşı tanıdığı, mavi ekranlardan o vaxtlar yaxşı təsir bağışlayan hiyləgər, tülkü Rahib Qərib adlı indinin ALKAŞI, ƏYYAŞI və tərbiyyəsizi gecə gündüz araq butılkası əlindən düşməyən bədbəxti, axşamlar gələn kimi araqdan zəhərlənib başlıyır sosial şəbəkə üzərindən camaatın arvad-uşağına söz atmağa, tərbiyyəsizlik etməyə. Bu bədbəxtin dost-doğma qardaşı olan zabit yoldaşımıza onun ipinin yığılmasını deyəndə, qardaşı onun başını itirdiyini, ondan ailələrinin faktiki imtina etdiyini bildirir. Bu axmaq hal-hazırda Prezident Adminstrasiyasının orqanı olan "Xalq Qəzeti"ndə hansısa vəzifədə baş girlədir. Mən bu qəzetin rəsmiləri olan hörmətli İlqar Rüstəmova və Baş redaktor Həsən Həsənova artıq öz ciddi irad və fikirlərimi bir neçə ay bundan öncə bildirmişəm. Və bu qeydlərim də sonuncu olacaq...
İndi xaricdə yaşayan hörmətli Ərəstun Oruclu da helikopterlə bağlı "sensasion" bir xəbər tirajlıyır. Guya kimsə və haradasa ya rəsmilərdən və ya danışanlardan vertolyotun 2 500 metr hündürlükdən yerə çırpıldığını davamlı deyir. Ay qardaşım, ay Ərəstun bəy, mənə sizin çıxışınızı göndərən ümumi dostlara da demişəm ki, şəxsən mən belə bir açıqlamaya bu günə kimi heç yerdə rast gəlməmişəm və belə absurd açıqlama ola bilməz. Uşaq da bilir ki, o hündürlükdən yerə nə isə çırpıla bilməz və sizə bu məlumatı çatdıran adam və ya adamlar sizi pis vəziyyətə qoyublar. O hündürlük cihazı ilə bağlı dedikləriniz də daha çox təyyarələrdə önəm daşıyır. Vertolyot bir qədər fərqli şəkildə eniş edir və əgər uçmusunuzsa, siz bunu yəqin ki digərlərindən yaxşı bilirsiniz.
Vertolyotun xarici təsirə məruz qalmadığı fikrini "qara qutu"dan əvvəl səsləndirən şəxslərdən biri də mən olmuşam. Qısaca izah edirəm. Bəli, xarici faktor deyəndə vertolyotun kənardan raketlə, atəşlə vurulmasını nəzərdə tutmuşam.
Əgər belə hal olsaydı, vertolyot tamam başqa vəziyyətə düşərdi və o iki nəfər zabiimiz -polkovnik-leytenant Emil Cəfərov və ikinci pilot kapitan Ramin Ədilov da heç cürə sağ qala bilməzdilər. Bunu adi hərbi təhsili olan istənilən şəxs deyə bilər.Fərz etsək ki, vertolyot içəridən "partladılsaydı", yenə başqa mənzərə olardı.Yenə o sağ qalanlar oradan sağ çıxa bilməzdilər. Mən də çox istəyirəm ki, tezliklə "qara qutu"dakı danışıqlar və göstəricilər oxunsun və hər kəs əsl həqiqəti bilsin. Kimsədə bu işdə maraqlı olmasa da biz öz Şəhidimizə, bütün digər Şəhid qardaşlara görə bunun sona çatdırılmasını tələb və təmin edəcəyik. Sağlıq olsun.
Azərbaycanda noyabrın 30-da xalqımız üçün ən böyük faciələrdən biri baş verdi. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. Hadisə nəticəsində 14 nəfər iğidimiz həlak olub, 2 nəfər isə yaralanıb.
Hadisədə Şəhid olan dəyərli ehtiyatda olan polkovnik Elçin Nəbiyevlə bağlı o qədər söz-söhbətlər yazılır ki, adam maat-məətəl qalır. Axı hadisə anında Şəhid qardaşımızın TUTDUĞU VƏZİFƏNİN adı DSX-nın mülki əməkdaşı olub! Və bu vəzifəni qardaşımız özü seçib və ona razılaşıb. Xırdalıqları demirəm və yazmıram.
Bəs onu təqdim edərkən rəsmi qurumlar Elçini necə başqa vəzifənin daşıyıcısı və olmasını yazmalı idilər və ümumiyyətlə onu digərlərindən niyə və nə üçün fərqləndirməli idilər? Elçinin özü də çox sadə və yüksək intelektli, bacarıqlı və çox hörmətli şəxsiyyət olub. Onu da digər ondan yaşca və rütbəcə kiçik olan Şəhid qardaşlarımızla bərabər ən yüksək səviyyədə son mənzilə yola saldılar. Onlrın dəfn mərasimində olan yoldaşlar dəyərli və əvəzsiz Elçin Nəbiyevin mərasim iştirakçılarına təqdim edilməsini yəqin ki xatırlıyırlar. Onun da bütün hərbi və həyat yolu qeyd edildi və o da digər qardaşlar kimi son mənzilə alqışlarla uğurlandı.
Cinayət işi başlanıb. Qəza baş verən andan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə gəlib, məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə əraziyə baxış olub, birgə araşdırma tədbirləri həyata keçirilib. Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən helikopterin qara qutusu tapılıb və onun tədqiqi aparılıb. DSX rəisi, general-polkovnik Elçin Quliyev helikopter qəzası ilə bağlı keçirdiyi brifinqdə bəyan edib ki, təlim zamanı həlak olan hərbçilərə qanunvericiliyə uyğun olaraq, şəhid statusu veriləcək. O, qısa müddət əvvəl təmir işləri aparılan və saz vəziyyətdə olan helikopterin “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğradığını, hadisəyə səbəb kimi hər hansı kənar təsirin istisna olunduğunu diqqətə çatdırıb.O bunu ona görə əminliklə qeyd edib ki, çünki hadisədə sağ qalan iki zabitlə ətraflı detalları danışıb, hadisəni dəqiqləşdirib və bu qənaətini açıqlayıb. Bundan başqa nəticələr və ehtimallar düzəltmək lazım deyil.
Vertolyotun təzə və təmirdən çıxması da bir başqa formada müzakirə olunur. Təzə vertolyot da saat uçuşuna görə cari və ya əsaslı təmirə məruz qalır. Bu ümumi dünyada qəbul olunmuş qaydalardır.
Hadisədən öz şəxsi maraqları naminə yararlanmağa çalışanlar, o cümlədən hadisəyə siyasi çalar qatanlar, absurd iddialarla çıxış edib yanlış ictimai rəy yaradanlar da var. “Niyə bir helikopterə 16 nəfər mindirilib, nə üçün yüksək rütbəli zabit heyəti hərbi nəqliyyat vasitəsində olub” və sair bu kimi suallarla, populist çıxışlarla gündəmin “qəhrəmanına” çevrilmək istəyənlərə qısa cavab. Heç bir qayda və qanun bunu qadağan etmir. Nə Azərbaycanda, nə də xaricdə.
Hadisənin əsl səbəbləri mütləq yaxın vaxtlarda üzə çıxacaq.
Sağ qalanların ifadələri isə istintaqa hərtərəfli kömək edəcək. Buna heç kim şübhə etməsin.
Belə təlimlər əvvəllər də olub, indi də var və bundan sonra da olacaq. Ona görə də, bu faciə ətrafında kənar nə isə axtarmaq, məncə Şəhid qardaşlarımızın əziz ruhlarına sayğısızlıq və onların əziz xatirəsinə hörmətsizlik olar.
Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Üzeyir Cəfərov



