İsrail İrana qarşı hərəkətə keçdi, Bennet çağırış etdi

6-12-2021, 07:07           
İsrail İrana qarşı hərəkətə keçdi, Bennet çağırış etdi
Dünya güclərini Vyanadakı nüvə danışıqlarında İrana qarşı sərt mövqe tutmağa çağırıram.

Teref.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Naftali Bennett deyib.

Bennett bildirib ki, dünya gücləri İrana danışıqlar apara-apara uranı zənginləşdirməyə davam edə bilməyəcəyini başa salmalıdırlar:

“İran öz pozuntularına görə cavab verməlidir”.

Qeyd edək ki, İsrail kəşfiyyatının rəhbəri Devid Barni ötən gün Vaşinqtona yola düşüb, müdafiə naziri Benni Qantz isə gələn həftə gedəcək.

İsrail XİN rəhbəri Yair Lapid də London və Parisdə müzakirələr aparıb.

İranla nüvə danışıqları Vyanada 29 noyabrda başlayıb. /axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru