Paşinyan Qərbin planını İŞƏ SALDI: İrəvan KTMT və Aİ-ni TƏRK EDİR

6-12-2021, 07:48           
Paşinyan Qərbin planını İŞƏ SALDI:
Erməni baş nazir qapalı toplantıda Kremlə sadiq Qarabağ klanına aid olmayan siyasi qüvvələrdən Rusiyadan uzaqlaşma prosesinə dəstək istəyib; İddialara görə, “Lavrov planı” üzərindən Rusiyanı ittiham edən rəsmi İrəvan, Azərbaycan və Türkiyə ilə problemlərini həll etməyi, ərazi iddialarından – “artsax”dan imtina əvəzində Qərbə “siyasi-iqtisadi inteqrasiya dəhlizi” qazanmağı planlaşdırır…

Ermənistanın son davranışlarının arxasında gizlənən əsas səbəblər ortaya çıxmağa başlayıb. Rəsmi İrəvan Ermənistanın gələcək taleyi ilə bağlı yekun qərar vermiş kimi görünür. Və artıq bu qərarın icrası istiqamətində də müəyyən addımlar atmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin Ermənistanın gələcək taleyi ilə bağlı verdiyi qərarda Rusiya ilə qarşılıqlı münasibətlərə yenidən baxılması nəzərdə tutulur. Ən əsası isə Rusiyadan uzaqlaşıb, birdəfəlik Qərbə inteqrasiyanın yolları axtarılır. Yəni, anlaşılan odur ki, rəsmi İrəvan Ermənistanın gələcək taleyində Rusiyanın iştirakından imtina variantını seçmiş kimi görünür. /kaim.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.