ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib - GƏRGİNLİK

6-12-2021, 11:06           
ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib - GƏRGİNLİK
“Ümid edirəm ki, Rusiya mövcud fikir ayrılığının aradan qaldırılması üçün öz qoşununu geri çəkəcək və gərginliyin azalması üçün diplomatik vasitədən istifadə edəcək”.

“Report” ABŞ Dövlət Departamentinin rəsmi məlumatına istinadən xəbər verir ki, bunu ölkənin dövlət katibi Entoni Blinken ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşlə bağlı açıqlamasında bildirib.

“ABŞ iki ölkə arasında yaranmış vəziyyətlə bağlı problemlərin həllinə yardım etməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrova açıq aydın başa salmaq istədim ki, Rusiya Ukraynaya münasibətdə istənilən təcavüzkar akt gerçəkləşdirsə, bunun çox ciddi nəticələri olacaq”, - E.Blinken vurğulayıb.

Dövlət katibi qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə önəmli dərəcədə qüvvə cəmləyib: “Biz Ukrayna daxilində sabitliyi pozmaq, bu ölkəyə qarşı təbliğat kampaniyasını aparmaq üçün sosial şəbəkələrdə fəaliyyətin 10 dəfə artdığını müşahidə etmişik”.

E.Blinkenin sözlərinə görə, Rusiyanın Ukraynaya ehtimal olunan təcavüzü şəraitində NATO müdafiə potensialını artırmağa hazırdır.

Jurnalistin Rusiyaya qarşı hərbi əməliyyatların nəzərdə tutulub-tutulmaması ilə bağlı sualına cavabında dövlət katibi ciddi iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru