İsrailin iki naziri ABŞ-da: İrana qarşı “B planı”

7-12-2021, 07:29           
İsrailin iki naziri ABŞ-da: İrana qarşı “B planı”
İsrail müdafiə naziri Benni Qantz və MOSSAD rəhbəri David Barnea bu həftə Vaşinqtonda yüksək çinli məmurlarla keçirəcəkləri görüşlərdə ABŞ-ın İran hədəflərinə zərbə endirməsi üçün təkid edəcəklər.

Bbu barədə İsrail telekanalları məlumat yayıb.

İddia edilib ki, Qantz və Barnea amerikalı həmkarlarını İrana qarşı “B planı”nın icrasına çağıracaq.

İsrailli rəsmilərin ABŞ-ın İrana qarşı daha sərt sanksiyaların tətbiqinə çalışacaqları da qeyd edilib.

“12-ci kanal”ın məlumatına görə, hədəf kimi İranın nüvə obyekti deyil, Yəməndəki bazası seçilib.

“Bu zərbənin hədəfi İranı Vyana danışıqlarında yumşalmağa məcbur etməkdir. MOSSAD rəhbəri isə İsrailin İranın nüvə proqramına qarşı əməliyyatları haqda məlumat verəcək”, – məlumatda bildirilib.

İddiaya görə, ABŞ İsraili xəbərdar edib ki, zərbələrdən çəkinsin, çünki hər uğursuz zərbə obyektlərin bərpasını gücləndirir. Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru