Yaponiya Pekin Olimpiadası ilə bağlı qərar verəcək

7-12-2021, 09:38           
Yaponiya Pekin Olimpiadası ilə bağlı qərar verəcək
Yaponiya 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının diplomatik boykot edilməsi ilə bağlı qərar verərkən öz milli maraqlarından çıxış edəcək.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yaponiyanın baş naziri Fumio Kişida bildirib.

“Milli maraqlarımıza əsaslanaraq qərar qəbul etmək istərdik”, - deyə o qeyd edib.

Bundan əvvəl Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Tokioda keçirilən növbəti mətbuat konfransında ABŞ-ın Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot elan etmək qərarını şərh etməkdən çəkinmişdi.

Qeyd edək ki, ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru