Haaqa Məhkəməsi Ermənistanın bu iddialarını RƏDD ETDİ

7-12-2021, 20:51           
Haaqa Məhkəməsi Ermənistanın bu iddialarını RƏDD ETDİ
Ermənistanın sentyabrda Azərbaycan əleyhinə qaldırdığı iddialar əsasında BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinin iclası keçirilib.

Busaat.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Bundan başqa, Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları da təmin olunmayıb.

Bu 3 məsələ üzrə Ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Məhkəmə, həmçinin, Ermənistanın irqi düşmənçiliyi qızışdırması və təbliğ etməsi ilə bağlı azərbaycanlılara dəyən zərərin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edib.

“Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, irqi düşmənçiliyin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, – məhkəmə qərarında bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru