“Qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar” – Ukraynadan Rusiyaya DƏHŞƏTLİ XƏBƏRDARLIQ

8-12-2021, 07:24           
“Qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar” –
Ukrayna müdafiə naziri Aleksey Reznikov bəyan edib ki, Rusiya Ukraynaya yeni müdaxilə edərsə, qalib gəlməyəcək və rus hərbçiləri evlərinə tabutda qayıdacaqlar.

Reznikov bu barədə “CNN”ə müsahibəsində danışıb.

Nazir müxbirə Ukrayna uğrunda şəhid olan hərbçilərin xatirə lövhələrini göstərib: “Rusiyada da belə yerlər olacaq. Ruslar nəyə görə, hansı səbəblərə görə öləcəklər?”

Reznikov əmin edib ki, Ukrayna qorxmur. Həmçinin qeyd edib ki, Ukrayna özünün və ABŞ kəşfiyyatının məlumatlarına inanır, lakin Rusiyanın hücumu ilə bağlı hələ də dəqiq məlumatyoxdur.

Daha sonra müxbir birbaşa Reznikovun rus işğalına inanıb-inanmadığını soruşub: “Rusiyanın Ukraynada qalib gələcəyinə inanmıram. Bu fərqlidir. Bu qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar”. \\Kanal.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru