ABŞ üçün fəlakətə çevriləcək üç zona...

8-12-2021, 08:32           
ABŞ üçün fəlakətə çevriləcək üç zona...
“Vol Strit Jurnal”ın siyasi şərhçisi Cerald Seid planetdə aktivləşməkdə olan üç müharibə zonasının adını sadalayıb və bildirib ki, bütün bu ssenarilər ABŞ üçün fəlakətə çevrilə bilər.

Axar.az xəbər verir ki, Seid ABŞ və müttəfiqlərinin olduqca təhlükəli dövrdən keçdiyini bildirir.

Məqalə müəllifi ilk konflikt zonası kimi Ukrayna-Rusiya sərhədini göstərib.

İkinci qaynar nöqtə isə Çinin Tayvanda əməliyyat aparması ilə bağlı ola bilər:

“Çin rəhbəri Si Szinpin Pekinin Tayvanı nəzarəti almaq niyyətində olduğunu açıq şəkildə bildirib.

Üçüncü təhlükə isə İranın nüvə proqramı ilə bağlı danışıqların pozulmasından qaynaqlanır. İranın danışıqlardakı aqressiv mövqeyindən və uranın zənginləşdirilməsini gücləndirməsindən belə nəticə çıxır ki, Tehran ən azı nüvə həddinə çatmaqda qərarlıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.