Bayden hazırlanan Rusiya-NATO görüşündən danışıb

9-12-2021, 07:55           
Bayden hazırlanan Rusiya-NATO görüşündən danışıb
Ağ Ev rəhbəri: Ümidvarıq ki, cümə günü üçün yüksək səviyyədə görüş barədə elan verə biləcəyik. Lakin görüş təkcə bizimlə deyil, NATO üzrə ən azı dörd tərərfdaşımızla Rusiya arasında olmalıdır.
Rusiyanın NATO ilə bağlı narahatlıqlarının müzakirəsi üçün görüş yüksək səviyyədə hazırlanır. RİA Novosti-nin xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, pozitiv xəbər odur ki, hər iki tərəfin komandaları daimi əlaqədədirlər:
"Ümidvarıq ki, cümə günü üçün yüksək səviyyədə görüş barədə elan verə biləcəyik. Lakin görüş təkcə bizimlə deyil, NATO üzrə ən azı dörd tərərfdaşımızla Rusiya arasında olmalıdır ki, bu ölkənin alyansın genişlənməsi barədə narahatlıqlarının gələcəyi, həmçinin Şərq cinahında gərginliyin azaldılması üçün hansısa tədbirlərin işlənib hazırlanmasının mümkün olub-olmaması barədə müzakirələr aparılsın", - deyə Bayden jurnalistlərə bildirib.
Qeyd edək ki, Ağ Ev rəhbərinin müxbirlərlə söhbəti ABŞ televiziya kanalları ilə yayımlanıb.sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.