Şənliyə qatılan baş nazir xalqdan üzr istədi

9-12-2021, 09:37           
Şənliyə qatılan baş nazir xalqdan üzr istədi
Finlandiya Baş naziri Sanna Marin ötən şənbə axşamı bayram tədbirində iştirak etdiyi üçün ictimaiyyətdən üzr istəyib.

Axar.az xəbər verir ki, şənliyə qatılan S.Marinin özünü təcrid etməsi üçün onunla bir neçə dəfə əlaqə yaradılmasına cəhd göstərilsə də, bu, baş tutmayıb. Belə ki, baş nazirdə hökumət telefonu olmadığından o, hər hansı mesaj almayıb.

“Mən bütün təlimatları bilməli idim. Buna görə də bütün məsuliyyəti öz üzərimə götürürəm. Dərhal tədbirlər görmək lazımdır ki, eyni hal təkrarlanmasın”, - deyə Sanna Marin bildirib.

Qeyd edək ki, Finlandiyada nazirlərdən birində koronavirus aşkarlandığı üçün bir sıra hökumət rəsmiləri, o cümlədən nazirlərə özünütəcrid rejiminə keçmək təlimatı verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru