Paşinyan Ermənistanın Əliyev və Ərdoğanın platformasına qoşulacağını açıqlayıb

9-12-2021, 12:33           
Paşinyan Ermənistanın Əliyev və Ərdoğanın platformasına qoşulacağını açıqlayıb
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentində çıxışı zamanı “3+3” platforması ilə bağlı mövqeyini təsdiqləyib. O qeyd edib ki, Ermənistanın başqa formatlarda iştirak etdiyi danışıqlara dair məsələlərin müzakirə olunmayacağı halda, Ermənistan bu platformada iştirak etməkdə maraqlıdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan daha əvvəl Şuşada Qarabağ və kommunikasiyaların açılması ilə bağlı altıtərəfli əməkdaşlıq formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) təşəbbüsü ilə çıxış ediblər. Təşəbbüs Rusiya prezidenti Vladimir Putin tərəfindən də dəstəklənib.

“Yaxın günlərdə, səhv etmirəmsə, dekabrın 10-da ilkin görüş formatında “3+3” və ya “3+2” platformasının görüşü baş tutacaq. Bəli, Ermənistan Respublikası bu görüşdə xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcək, çünki "ilkin görüş" nazir müavinlərinin iştirakı ilə baş tutacaq. Orada gələcək fəaliyyətlər müzakirə olunacaq", - Paşinyan bildirib.

O əlavə edib ki, respublika hökuməti fəal regional siyasət yürütmək qərarına gəlib: "Biz regional dialoq üçün effektiv platformalar tapmağa çalışmalıyıq. Bu istiqamətdə mümkün qədər səmərəli işləməyə çalışacağıq", - baş nazir əlavə edib.

virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru