Rusiya erməni jurnalistlərə vaxt verdi

10-12-2021, 07:24           
Rusiya erməni jurnalistlərə vaxt verdi
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin Moskvaya geri çağırılması barədə yayılan xəbər dezinformasiyadır.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Hraparak” qəzetinin yaydığı dezinformasiya ilə bağlı açıqlamasında deyib.

“Onlara ( Hraparak - red.) birisi günə qədər vaxt veririk. Birisi gün təkzib verməlidirlər, çünki saxta məlumat yayıblar. Doğru deyil, dezinformasiyadır. İnformasiya həqiqəti əks etdirmir”, - deyə Zaxarova bildirib.

O əlavə edib ki, səfir respublikada fəaliyyətini davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru